Evdə yaşayan yad varlıq kameraya düşdü - Evin sahibi yatanda çıxır, yemək yeyir, televiozora baxır - VİDEO

Evdə yaşayan yad varlıq kameraya düşdü – Evin sahibi yatanda çıxır, yemək yeyir, televiozora baxır – VİDEO


Amerikada yaşanan qeyri-adi hadisə ev sahibi ilə yanaşı görüntüləri izləyənləri də təccüblənidirib.
“A24.az” bildirir ki, qulaqlarda fantastik hal kimi səslənən hadisə amerikalı gəncin evində yaşanıb.
O zənn edib ki, evdə tək yaşayır, amma əslində bu belə olmayıb. Belə ki, evsiz qalan qadın evin sahibi yatan zaman havalandırma boşluğundan çıxıb yemək yeyib, tualetə gedib, televizora baxıb. Üstəlik qadın bunu hər gecə təkrarlayıb.
Nyu Yorkda yaşayan gənc evində yaşanan qeyri-adi hallardan, əşyaların yerinin dəyişdirilməsindən şübhələnib və bunu əvvəlcə dostları tərəfindən ona edilən bir zarafat kimi başa düşüb. Evdə bu kimi halaların uzun müddət davam etdiyini görən Co Kominks salona gizli kamera yerləşdirib. Daha sonra görüntülərə baxan amerikalı gözlərinə inanmayıb. Çünki aylardır hiss etdiyi qeyri-adiliklərin altından bir qadın çıxıb. Sən demə o uzun müddətdir ki, evini bir qadınla paylaşırmış.
“A24.az” Türkiyə mediasında yayımlanan videogörüntüləri təqdim edir:

Yorumlar