Rövşən Lənkəranskinin 17 il öncəki görüntüləri ortaya çıxdı – VİDEO




Azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin sosial şəbəkələrdə yeni görüntüləri yayılıb.
 Videodan da göründüyü kimi, Rövşən Lənkəranski toyda dost-tanışları ilə rəqs edir.
17 il əvvəl çəkilən video sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. İnsanların daha çox diqqətini “qanuni oğru”nun ədəb-ərkanla rəqs etməsi, ətrafındakı insanlara hörmətlə yanaşması çəkib.
Xatırladaq ki, 2016-cı il avqustun 17-dən 18-nə keçən gecə Türkiyənin İstanbul şəhərində R.Lənkəranski hotellərdən birində keçirilən toplantıda iştirak edib və “90-ND-011” dövlət qeydiyyat nişanlı avtomobillə oradan ayrılarkən naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıb. Rövşən Lənkəranski hadisə yerində həyatını itirib.

Yorumlar