İş adamı ögey qardaşını qaçırıb işgəncə verdi - FOTO

İş adamı ögey qardaşını qaçırıb işgəncə verdi - FOTO


Samsunda İsmet Y. (66) ötən ilin aprel ayında ögey qardaşı Halil Y.-ni dağ evinə aparıb, işgəncə verib.
İşgəncəyə məruz qalan Halil Y. (51) "Pulu mən oğurlamadığımı söyləyincə qardaşım mənim saqqallarımı kəlbətinlə çəkib, yandırdığı siqareti başımda söndürdü. Sonra məni başqa bir otağa aparıb, orada döydülər" deyib.
İsmet Y. (66), ögey qardaşı Halil Y.-ni (51) işlətdiyi yanacaqdoldurma məntəqəsindən 10 milyon lirəni mənimsədiyini iddia edərək, hətta onun üzərinə benzin töküb yandırmaq istəyib.
Bütün adına olan əmlakdan imtina etdiyi ilə bağlı İsmetə vəkalət verən Halil Y. qardaşının işgəncəsindən yaxa qurataran kimi polisə gedib, şikayət edib.
Saxlanıldıqdan sonra şərti cəza ilə azadlığa buraxılan İsmet Y. -nin 48 ilə qədər həbsi tələb edilir.
Mənbə: milli.az

Yorumlar